BDU-da Cahangir Məmmədlinin 78 illiyi münasibətilə tədbir təşkil olunub - FOTO

Bakı Dövlət Universitetinin “Jurnalistika” fakultəsində professor, Prezident təqaüdçüsü Cahangir Məmmədlinin 78 illiyi münasibətilə tədbir təşkil olunub.
Avtosfer.az "Report"-a istinadən xəbər verir ki, tədbirə toplaşanlar Azərbaycan mətbuat tarixi və jurnalistikasının sadiq tədqiqatçılarından olan alimin fəaliyyətinin müxtəlif istiqamətlərinə nəzər salıblar.
Qeyd olunub ki, Cahangir Məmmədli 1968-ci ildə ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən bu fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışır. Cıxıs edənlər Cahangir müəllimin nəcib insani keyfiyyətlərindən danışıblar. O, həmişə zəhmətsevərliyi, çalışqanlığı, elmə sadiqliyi ilə seçilib və bu xüsusiyyətləri pedaqoji fəaliyyəti ərzində tələbərinə də aşılamağa çalışıb. 250 elmi, 1300 publisistik məqalənin müəllifi olan alimin ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabı nəşr olunub. Cahangir Məmmədli bu gün də yorulmadan təcrübəsini və biliklərini gənclərlə bölüşür, mətbuatın müasir inkişaf meylləri və dünya mediasında gedən prosesləri yaxından izləyir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO


















