Beş nəfəri öldürən şəxs məhkəmədən bu cür çıxarıldı - "Mən öldürmüşəm" - FOTO - VİDEO

Ailə üzvlərini amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədov məhkəməyə çıxarılıb.
“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsində keçirilən iclasda prokuror iddianaməsini elan edib.
Prokuror təqsirləndirilən şəxsin xüsusilə ağır cinayət törətdiyini qeyd edərək barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edib.
Məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, Ə.Əhmədov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***
Baş Prokurorluqdan bildirilib ki, fevralın 13-də bir ailənin 5 nəfər ailə üzvünün qəsdən öldürülməsi faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il Əhməd Əhmədov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.



İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












