"Beşiktaş" avtobusuna hücum oldu - FOTO

Türkiyədə növbəti dəfə idman klublarından birinə aid avtobus hücuma məruz qalıb. “Beşiktaş Gimnastika Klubu”na (BJK) aid “Mogaz” həndbol komandasının avtobusu hücuma məruz qalıb. Hadisə Mersin şəhərində “Beşiktaş Mogaz” ilə “Hantaş Mersin Sportif” arasında baş tutmuş qarşılaşma zamanı baş verib. Qarşı komandanın bir qrup azarkeşinin içərisində heç kim olmayan “Beşiktaş” avtobusuna daşlarla hücum etdiyi bildirilir. Hücum nəticəsində avtobusun şüşələrinin sındığı bildirilir. Polis hadisəni törədənləri yaxalamaq üçün əməliyyata başlayıb.
Xatırladaq ki, ötən həftə Türkiyənin “Fənərbaxça” klubu futbol komandasının avtobusu silahlı hücuma məruz qalmış, sürücü başından yaralanmışdı. Bundan sonra isə Fransanın “PSJ” komandasının avtobusuna qolf topu ilə hücum olmuş və avtobusun şüşəsi sınmışdı.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA



















