Beton bəndləri rəngləyən yol idarəsinin əməkdaşı özündən çıxdı: “Ay şərəfsizlər..” - VİDEO

Şəmkirdə yol kənarındakı beton bəndlərin üzərinin yazılmasıyla bağlı görüntü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Yasamal dolaylarında qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, yolun kənarındakı beton bəndlərin üzərinə markerlə müxtəlif yazılar yazılıb. Belə ki, xoşagəlməz mənzərəni videoya çəkən AAYDA əməkdaşı əsəbiləşərək şikayətini bildirib. O, iş zamanı əməli törədən insanlara müraciət edib və bu halda işçilərin əziyyət çəkərək bəndləri yenidən rəngləməli olduqlarını qeyd edib. “Ay insanlar, bizə nə qədər əziyyət verdiyinizi görün. Artıq günorta saatlarıdır, amma biz hələ də bir tikə çörək yeməmişik. Ay vicdansızlar, səhər saat 8-dən buradayıq və bu daşların üzərini rəngləməyə çalışırıq”.
Qeyd edək ki, bu cür hallarla müxtəlif yollarda qarşılaşırıq. Xatırladaq ki, bununla siz yol işçilərini ikiqat əziyyətə salmış olursunuz.
Nərmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












