Binəqədidə kəsilən ağacların yerində nə tikilir? - RƏSMİ AÇIQLAMA - FOTO

Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşən yaşıllıq sahəsiylə bağlı bir həftə öncə saytımızda xəbər dərc olunmuşdu. Belə ki, metal torla hasarlanmış ərazidə ağacların bir qisminin məhv olunduğu və prosesin davam etdiyi qeyd edilmişdi.
Məsələylə bağlı izləyici Avtosfer.az-a yeni fotoşəkillər göndərib. Bildirib ki, qeyd olunan ərazidə artıq tikinti işlərinə başlanılıb. Onun iddiasına görə, proseslə bağlı nə rəsmi məlumat verilib, nə də ərazidə məlumat lövhəsi qoyulub.
“Bu yaşıllıq sahəsi adı çəkilən küçədə tikinti obyektləri olmayan son ərazi idi. Uzun müddət metal torla hasara alınan həmin ağaclıq yer baxımsız qalmışdı. İndi isə kəsilən ağacların yerində texnikalar işləyir” - deyə, izləyici vurğulayıb.
Binəqədi Rayon İcra Hakimiyyətindən Avtosfer.az-a verilən məlumata görə, qeyd olunan ərazidə gedən tikinti işiylə bağlı məlumat lövləsi yerləşdirilib. Bildirilib ki, Süleyman Sani Axundov 114 ünvanında yerləşən Baş Prokurorluğun balansında olan 0,9 ha ərazinin əsas hissəsində park yaradılacaq və rayon prokurorluğunun yeni inzibati binası tikiləcək.
Nərmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















