Bir həftə maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Sabahdan etibarən Yer kürəsində maqnit qasırğaları gözlənilir. Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov APA-ya deyib ki, 1 həftə davam edəcək qasırğanın gücü zəif olacaq. Onun sözlərinə görə, maqnit qasırğalarının gücü J1-dən J9-a qədərdir: “Yaxın günlərdə müşahidə ediləcək maqnit qasırğaları J1 gücündə olan zəif qasırğalar olacaq.
Maqnit qasırğası sabahdan başlayır və mayın 18-dək davam edəcək. Maqnit qasırğaları müəyyən fasilələrlə olacaq, bir müddət davam edəndən sonra səviyyəsi aşağı düşəcək və mayın 17-18-də sonuncusu müşahidə ediləcək. Bununla da, maqnit qasırğaları başa çatacaq. Onların hamısı zəif qasırğadır və insanlara ciddi təsiri olmayacaq”.
N.Cəlilov əlavə edib ki, maqnit qasırğaları Günəşdə 3 gün öncə baş verən alışmaların nəticəsidir: "Günəş diskinin ortasında alışmalar baş verib, ayrılan plazma axını yerə doğru yönəlib. Bunun da nəticəsində sabahdan etibarən Yerdə maqnit qasırğaları gözlənilir".
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












