Bir neçə avtomobilə ziyan vuran sürücü məbləğin qalan hissəsini özü ödəməlidir - VİDEO

Bu gün Bakıda “20 Yanvar” dairəsi yaxınlığında sürücü bir neçə avtomobilə ziyan vurduqdan sonra qaçmağa çalışıb. DYP-nin “saxla” əmrinə tabe olmayan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu məsələ müzakirələrə səbəb olub. Sürücünün qaçmaq istəməsini maşınlara vurduğu ziyanla əlaqələndiriblər.
Bəs görəsən, sürücü bir neçə maşına eyni anda ziyan vurubsa, sığorta prosedurları necə tənzimlənəcək?
Mövzu ilə bağlı açıqlama verən sığorta məsələləri üzrə ekspert İlkin İbrahimovun sözlərinə görə, bir avtomobil digər maşınlara ziyan vurubsa, hər birindən zərərçəkmə aktı çıxarılacaq:
“Qanunvericilik deyir ki, əgər bir avtomobil hadisə üzrə digər maşınlara ziyan yetirirsə, zərərçəkmiş maksimum 5 min manat sığorta ödənişi ala bilər. Bu, bir, iki, beş maşına da aid edilir.
Tutaq ki, yolda bir neçə maşın vurursunuz. O zaman hadisə üzrə zərəri Dövlət Yol Polisi müəyyən edəcək. Əgər zərər vuran sizsinizsə, 10 avtomobil zərərçəkəndirsə, hər birindən zərərçəkmə aktı çıxarılacaq. Birinə ola bilər ki, 10 min manat, birinə 5 min manat, digərinə min manat ziyan dəyib. Ümumilikdə məbləğ yığılır (bizim misalda 16 min manat). Maksimal ödəniləcək məbləğ isə qanunvericilikdə 5 min manatdır. Həmin beş min manatda faiz nisbəti olaraq onlar toplanır, yəni hər bir hadisənin ümumi məbləğin içindəki payı müəyyən olunur. Dəyən ziyanın 5 min manata bölünür. 5 min manatın içərisindəki hər biri onlara düşən 10, 20, 40 faiz məbləğlərini alır (bizim misalda 62,50%, 31,25% və 6,25%, məbləğ olaraq isə 3 125 manat, 1 562,5 manat və 312,5 manat, cəmi 5 000 manat).
Zərərçəkmişlərə qalan hissəni artıq vətəndaşın özü ödəməlidir. Əgər imtina edib, imkanı olmadığını bildirərsə, zərərçəkmişlərin məhkəmə yolu ilə məbləği almaq hüquqları var”.
Həmin görüntüləri təqdim edirik:
(oxu.az)
Bu yollarda tıxac var - SİYAHI
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı









