Bizdə təcili yardım avtomobilinə belə yol verirlər - BİABIRÇI - VİDEO

Bakıda əksər sürücülər yaralı və xəstə insanlara kömək üçün yollanan Təcili Tibbi Yardım maşınlarına nədənsə yol vermir. Avtosfer.az xəbər verir ki, bununla bağlı "Şəbəkə" verilişində görüntülər paylaşılıb. Təqdim olunan videodan məlum olur ki, yardım üçün yollanan qırmızı, göy işıq və xüsusi səs siqnalı ilə işarə verən Təcili Tibbi Yardım maşınları digər avtomobillər yaxınlaşdıqda acınacaqlı vəziyyət ilə rastlaşır. Belə ki, operativ nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkət edən maşınlara xüsusi işarə versə də ona yol verən olmur.
Məsələ ilə bağlı Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirdilər ki, Təcili Tibbi Yardım maşınlarına yol verməyən sürücülərlə onlar da çox rastlaşırlar. “Yaralı və xəstə insanlara kömək üçün yollanan Təcili Tibbi Yardım briqadaları belə hallarla rastlaşırlar. Bəzən bunun nəticəsində Təcili Tibbi Yardım maşını yaralı və xəstə insanların yardımına vaxtında çata bilmirlər. Əlbəttə ki, nəticədə həm yardım gözləyən insan, həm də yardım göstərən insan əsəb keçirir”.
Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin verdiyi məlumata görə, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər qanunverciliyə uyğun qaydada cəzalandırılırlar.
Kamran Əliyevin sözlərinə görə, bu primitiv qaydalardır - operativ nəqliyyat vasitələrinə mütləq yol verilməlidir. “Ola bilər ki, operativ nəqliyyat vasitəsi hesab olunan yanğından mühafizə xidməti, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin maşınları, elə həmin – onlara yol verməyən sürücünün ailəsinin yardımı üçün yollansın və sürücü isə ona yol vermədiyi üçün acı nəticə ilə rastlaşsın”.
Göy işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitələrinə yol vermədiyinə görə, sürücülərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə müvafiq olaraq 60 manat, əlavə olaraq isə onlara 3 cərimə balı yazılır.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi qeyd edib ki, bununla bağlı DYP tərəfindən mütəmadi olaraq sosial çarx hazırlanıb, nümayiş olunur. Sosial çarxda operativ nəqliyyat vasitəsinə yol verməyən sürücüyə görə faciə baş verdiyi göstərilir.
Xaricdə təcili yardım avtomobilinə belə yol verirlər.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












