Bu dəfə Bakı Nəqliyyat Agentliyinin özünü cərimələdilər - SƏBƏB

Bakı Nəqliyyat Agentliyi (BNA) gömrük bəyamnaməsini təqdim etmədiyi üçün cərimələnib. Avtosfer.az banker.az-a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edib.
BNA Nərimanov Rayon Məhkəməsində verilən 9 yanvar 2020-ci il tarixli qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya isə öz növbəsində bu qərarın dəyişdirilmədən saxlanılmasına qərar verib.
Xatırladaq ki, İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İXM-nə bu əlavə Prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə edilib. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvədədir.
BNA – Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO













