Bu kommunal xidmət bahalaşacaq? - RƏSMİ

Son günlərdə sentyabr ayından “Azəristiliktəchizat” ASC tərəfindən qeyri-əhaliyə satılacaq istilik təchizatı xidmətlərinin qiymətlərinin artacağı barədə xəbərlər yayılıb.
Qurumun mətbuat katibi Elvin Basqallı Bizim.media-ya bildirib ki, 2024-cü ilin 1 sentyabr tarixindən qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar müqavilələr üzrə həyata keçiriləcək:
“Nəzərə alaq ki, 1 sentyabr 2024-cü il tarixədək qeyri-əhaliyə bir kubmetr istilik xidməti 25 qəpiyə satılır. Bu tarixdən sonra qeyri-əhali qrupu üzrə istehlakçılarla xidmətlərin qiyməti “Azəristiliktəchizat” ASC tərəfindən müəyyən ediləcək.
Bildiyiniz kimi, qeyri-əhali istehlakçı qrupu üzrə istilik təchizatı xidmətlərinə görə qiymətlər dövlət tərəfindən tənzimlənir.
Ona görə də Nazirlər Kabineti tərəfindən 5 aprel 2024-cü il tarixində “Qiymətləri, tarifləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin siyahısının təsdiq edilməsi haqqında” 2005-ci ilin 28 sentyabr tarixli 178 saylı və “İstilik enerjisində istifadə qaydaları haqqında” 2023-cü ilin 5 sentyabr tarixli 303 saylı qərarlarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edilib”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












