Bu şəhərlərin aeroportunda parklanma Bakıdakından daha bahadır

Son zamanlar Heydər Əliyev Beynəlxalq Aeroportunda parklanma qiymətlərinin yüksək olması məsələsi sosial şəbəkələrdə aktiv şəkildə müzakirə olunur.
Bakı hava limanından verilən açıqlamaya görə, istifadəçilərin 95 faizi avtomobillərini qısa müddətə - 2 saata qədər park edənlərdir, onların da 45 faizini 15 dəqiqəlik ödənişsiz giriş/çıxışdan istifadə edənlər təşkil edir.
Yayılan rəsmi açıqlamada parkinq tariflərinə diqqət yetirdikdə görürük ki, qısamüddətli parklanma üçün tariflərdə heç bir dəyişiklik edilməyib. Daha əvvəl olduğu kimi, hazırda da sürücülər 2 saata qədər parklanma üçün 1 manat, 2-4 saat arası 2 manat, 4-6 saat arası isə 3 manat məbləğində ödəniş edirlər.
Bununla yanaşı, hava limanında ilk 15 dəqiqə ərzində giriş/çıxış üçün ödəniş tələb olunmur. Bu da sərnişinləri düşürtmək və ya götürümək üçün kifayət edir, hətta nəzərə alsaq ki, bunun üçün xüsusi drop off/pick up zolaqları da ayrılıb, prosess daha da sürətlənir və rahatlaşır.

“Qafqazinfo” iddiaların nə dərəcədə əsaslı olduğunu aydınlaşdırmaq digər beynəlxalq hava limanlarındaki, xüsusilə də qonşu ölkələrdəki aeroportların analoji xidmətləri ilə müqayisə edib.
Məsələn, Gürcüstanın Tbilisi Beynəlxalq Hava Limanında sürücü parkinqə görə hər saat üçün 5 lari (3,20 manat) ödəməlidir.
İstanbul hava limanında 1 saatlıq parklanmanın qiyməti 70 lirədir (3,90 manat).
Bundan əlavə, Rusiyanın Domodedovo Beynəlxalq Aeroportunda tariflər terminala qədər olan məsafədən asılı olaraq dəyişir və bir saatlıq parkinqin orta qiyməti 500 rubl (9,40 manat), Ermənistanın paytaxt hava limanında isə 1000 dram (4,20 manat) təşkil edir.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə deyir ki, dünya təcrübəsinə görə, hava limanında parkinq yerlərinin məhdudluğu və onlara tələbatın çox olması səbəbindən parklanma qiymətləri həmişə şəhərdəkindən yüksək olur.
“Lakin Heydər Əliyev Beynəlxalq Aeroportunda qısamüddətli istifadəçilər üçün tariflər digər ölkələrin beynəlxalq hava limanları, eləcə də paytaxtın digər ərazilərində yerləşən parkinq zonaları ilə müqayisədə hələ də aşağı və ya eynidir”, - deyə Elməddin Muradlı vurğulayıb.
Beləliklə, təhlillər və ekspertlərin açıqlamaları da göstərir ki, Bakı aeroportunda parklanma qiymətləri qlobal tendensiyaları əks etdirir və digər beynəlxalq hava limanları ilə müqayisədə yetərincə rəqabətqabiliyyətlidir.

Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












