Bu tarixlərdə iş saatları QISALDILACAQ

2025-ci ilin mart ayında iş və istirahət günlərində dəyişiklik edilib.
8 Mart Beynəlxalq Qadınlar Günü, 20-24 mart tarixlərində Novruz bayramı, həmçinin 30 və 31 mart Ramazan bayramı iş günü hesab edilməyən rəsmi bayram günləri kimi qeyd olunur.
Avtosfer.az “News24.az”a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 və 28 mart iş günləri 10 mart və 1 aprel tarixlərinə dəyişdirilib. Bununla yanaşı, Əmək Məcəlləsinə uyğun olaraq həftəarası istirahət günləri bayram günləri ilə üst-üstə düşdüyü halda həmin istirahət günləri bayramdan sonrakı iş gününə keçirilir.
Beləliklə, 2025-ci ilin 20-31 mart tarixləri iş günü hesab edilmir. İlk iş günü 1 aprel tarixinə təsadüf edəcək. Bundan əlavə, bayram ərəfəsi – 7 mart və 19 mart tarixlərində iş saatları 1 saat qısaldılacaq.
Qeyd edək ki, bu məsələ Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Misal olaraq, 8 mart Beynəlxalq Qadınlar günü Əmək Məcəlləsinin 105-ci maddəsinə görə iş günü hesab edilməyən bayram günü hesab edildiyi üçün 7 mart tarixində iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılmalıdır.
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI











