Bütün ölkə kart sisteminə keçir - Prezident tapşırıq verdi

“Biz nağd pul dövriyyəsi sferasını azaltmalıyıq. Nağdsız ödəmələr genişləndirilməlidir”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Nağdsız ödəmələrin genişləndirilməsi hansı məqsəd daşıyır? “Nağdsız pul sisteminə keçid, pul hərəkətinə nəzarətin gücləndirilməsi üçün nəzərdə tutulur”. Avtosfer.az xəbər verir ki, bu barədə atv.az–a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində işlər son 6-7 ildə daha çox sürətlənib: “İnkişaf etmiş ölkələrə baxsaq, orada nağdsız hesablaşmalar ümumi hesablaşmaların 80%-ini təşkil edir. Azərbaycanda isə bu proses əksinədir. Ölkədə nağdsız ödənişlər müxtəlif əmək haqları, pensiya və kredit kartları vasitəsilə həyata keçirlir. Amma buna baxmayaraq, vəziyyət hələ də qənaətbəxş deyil. Nağdsız hesablaşma işlərində maarifləndirmə işlərinin keçirilməsinə ehtiyac var. Çünki əhali bunun əhəmiyyətini bilməlidir”.
İqtisadçı həmçinin bildirdi ki, nağdsız pul sisteminə keçilməsi kağız pul kütləsinin dövriyyədə azalması üçün sərfəlidir: “Elektron puldan istifadə həm pul dövriyyəsində şəffavlığın artmasına gətirib çıxaracaq”.
Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH
Qəzada ölən Amalla bağlı məhkəmə hökmləri yayıldı - FOTO
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT










