Bütün sərnişinlərin təhlükəsizliyi və rahatlığı təmin edilib - BAKI AEROPORTU

İsrailin İrana hava zərbələrindən sonra İran, İraq və İsrail hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri səbəbindən 13 beynəlxalq aviaşirkətə məxsus təyyarələr uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunu ehtiyat enişi ediblər.
Xarici KİV-lərin məlumatlarına əsasən, ehtiyat enişi edən bəzi reyslərdə erməniəsilli Rusiya Federasiyası vətəndaşları da olub. Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən “Report”a bildirilib ki, bütün sərnişinlərin təhlükəsizliyi və rahatlığı təmin edilib. Onlara beynəlxalq aviasiya qanunvericiliyinə uyğun xidmət göstərilib.
Hazırda mövcud məlumata əsasən, ehtiyat enişi etmiş reyslərin yarıdan çoxu artıq uçuşlarına davam edib. Digər reyslər üzrə isə koordinasiya prosedurları beynəlxalq standartlara uyğun şəkildə davam etdirilir.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı "Rising Lion" əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr edindirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə sahəsi üzrə alimləri həlak olub. Bundan başqa, hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var. İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, İranın nüvə və ballistik raket potensialının məhv edilməsi əməliyyatı bir neçə gün davam edəcək. Öz növbəsində, İranın Baş Qərargahı İsrailə cavab zərbələri endirilərkən heç bir məhdudiyyət qoyulmayacağını bəyan edib.
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi
Polkovnik antiterror əməliyyatının sirrini açıqladı: “Hər şey əvvəlcədən ölçülmüşdü”












