Cərimələrin birdən-birə bu qədər qaldırılması doğru deyil - Deputat

İnzibati tənbehin məqsədləri ilə cəzanın tətbiqi anlayışları tamamilə fərqlidir.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, inzibati tənbehdə məqsəd tərbiyələndirmədir, cəzanın məqsədi isə cinayət törətmiş şəxs üçün məhrumiyyətlərin yaradılmasıdır: “345 manat minimum əməkhaqqı olan ölkədə cəriməni birdən birə 40 manatdan 200 manata qaldırmaq haradan tənbeh olur?! Bunun harası şəxsi tərbiyələndirməkdir?!
Məhrumiyyət yaratma yalnız cinayət əməlinə görə olmalıdır. Cərimələrin birdən-birə bu qədər qaldırılması doğru deyil. Əgər şəxs əməlindən peşman olmursa, eyni əməli il ərzində təkrarlayırsa, onun üçün cinayət məsuliyyəti müəyyənləşdirək, yoxsa, cəriməni bu qədər qaldırmaq olmaz”.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












