COP29 Təşkilat Komitəsinin tərkibindəki QHT-lərlə və ekspertlərlə görüş keçirilib - FOTO

Bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsində təmsil olunan QHT-lərlə, o cümlədən ekoloji profil üzrə fəaliyyət göstərən bir sıra ekspertlərlə görüş keçirilib.
Oxu.Az xəbər verir ki, görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı Azərbaycan QHT-lərindən olan gözləntilər diqqətə çatdırılıb, onların COP29-da fəal şəkildə iştirakı üçün zəruri məsələlər müzakirə edilib.
Qeyd olunub ki, Təşkilat Komitəsində dövlət qurumları ilə yanaşı, müvafiq profil üzrə işgüzar, ən fəal vətəndaş cəmiyyəti təsisatlarının yüksək səviyyədə təmsilçiliyi Azərbaycan dövlətinin QHT-lərə yaratdığı şəraitin, göstərilən böyük etimadın parlaq nümunəsidir.
Görüşdə COP29-la əlaqədar müvafiq Təşkilat Komitəsinin üzvləri - QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, “EkoSfera” Sosial Ekoloji Mərkəzinin İdarə Heyətinin sədri Firuzə Sultanzadə, “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva, Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyinin sədri Məryəm Məcidova, həmçinin ekoloji profil üzrə fəaliyyət göstərən bir sıra ekspertlər - İsa Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov və digər şəxslər iştirak edib.
Müzakirələr və müvafiq məsləhətləşmələr mütəmadi olaraq davam etdiriləcək.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












