Daşıyıcı deyir, yolda problem var, icra hakimiyyəti danır - ARAŞDIRMA - FOTO - VİDEO

“Cavadxan küçəsi, 1 - Masazır” marşrutu üzrə 525 saylı sərnişin avtobusunun təhlükəli vəziyyətdə hərəkətini özündə əks etdirən videogörüntü ilə bağlı araşdırmamız davam edir.
Burnu yerə dəyən avtobusla bağlı açıqlamasında daşıyıcı şirkətdən bildirilmişdi ki, nəqliyyat vasitəsinin nasazlığına səbəb ərazidə kanalizasiya sisteminin işləməməsi səbəbindən ətraf binaların suyunun yola axıdılması və orada çalaların əmələ gəlməsidir.
Məsələni araşdırmaq üçün “Azərsu” ASC-yə və Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, həmin ərazidə yolun bərpasına ehtiyac var.
“Sözügedən ərazidə “Azərsu” ASC-nin hər hansı problemi yoxdur. Bir neçə il əvvəl Masazır gölünə axıdılan tullantıların qarşısının alınması ilə bağlı bizim podratçı şirkət həmin ərazidə 500 millimetr diametrli kollektor tikib. Həmin kollektor bu gün də normal işləyir, hər hansı sızma və ya digər problem müşahidə olunmur. Sadəcə, həmin ərazidə yolun bərpasına ehtiyac var”.
Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımbəyli açıqlamasında bildirib ki, 525 nömrəli marşrut avtobusu Masazır kəndində cəmi üç küçədən keçir və bu küçələrin hər biri asfaltlıdır.
“Abşeron rayonunun Masazır kəndi ərazisində mövcud olan yolların abadlaşdırılması daimi olaraq rayon icra hakimiyyətinin və adıçəkilən kənd bələdiyyəsinin nəzarətində saxlanılır. O cümlədən RİH-in müraciəti əsasında Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən də küçələrin asfaltlanması istiqamətində işlər həyata keçirilir. Kəndin əsas prospekti, eləcə də bütün marşrut xətlərinin keçdiyi daxili hissədəki küçələrə də asfalt örtüyü çəkilib. Masazır kəndi ərazisində küçələrin abadlaşdırılması və asfaltlanması işləri bundan sonra da davam etdiriləcək.
Sorğunuza cavab olaraq bildiririk ki, 525 nömrəli marşrut avtobusu Masazır kəndində cəmi üç küçədən - Əliağa Vahid prospektindən, İstiqlaliyyət və Azadlıq küçələrindən keçir. Bu küçələrin hər biri asfaltlıdır. Təkcə Azadlıq küçəsində yağış və qardan sonra bir neçə yerdə çala yaranıb. Onun da qarşıdakı ay ərzində təmir olunması nəzərdə tutulub. Qeyd edək ki, yoldakı kiçik çalalar avtobusların sıradan çıxmasına səbəb ola bilməz.
Onu da əlavə edək ki, bu günə qədər hər hansı bir sərnişindaşıma şirkəti tərəfindən Abşeron rayonunda yol çəkilişi həyata keçirilməyib. Masazır kəndində yollar qənaətbəxşdir və avtobuslarda yaranan texniki nasazlıqlara görə icra hakimiyyəti məsuliyyət daşımır”.
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA










