Dəhşət: Minik maşını vuran kişinin üstündən yük maşını da keçdi -VİDEO

Bu ilin mart ayının 27-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın ANS-ə istinadən məlumatına görə, gecə saat 23:00 radələrində BakI-Quba-Dağıstan sərhəddi yolunun Abşeron rayonu ərazisindən keçən 21-ci kilometrliyində qəza baş verib. Qəza zamanı Məmmədov Rahil Adil oğlu idarə etdiyi “Daewoo” markalı maşınla Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman yolu keçən şəxsiyyəti məlum olmayan piyadanı vurub. Ardınca isə həmin piyadanın üzərindən yük maşını keçib. Nəticədə piyada aldığı xəsartlər nəticəsində hadisə yerindən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Yol-nəqliyyat hadisəsi zamanı isə ölən kişinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Meyitin əlamətləri: boyu 162 santimetr, yaşı 30-40 arası, əynində tünd göy rəngli gödəkcə, tünd göy rəngli jaket, tünd rəngdə şalvar, qara rəngdə corab və ayaqqabı olub.
Bu səbəbdən də gördüyünüz bu şəxsi tanıyanlardan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis idarəsinə 012 - 342-26-30 şəhər və 055 – 211-63-76 mobil telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA










