Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur

Keçmiş vəkil Elman Paşayevin oğlu Elvin Paşayevin adı Rusiyanın paytaxtı Moskvada qeydə alınan qətl və dələduzluq üzrə cinayət işində hallanır.
Avtosfer.az xəbər verir ki, bu barədə cinayət işinin materiallarına əsaslanaraq TASS informasiya agentliyi xəbər yayıb.
Qeyd olunan iş üzrə ümumilikdə səkkiz nəfər istintaqa cəlb olunub. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, bu şəxslər Moskva sakinlərinin mənzillərinin ələ keçirilməsi prosesində iştirak ediblər.
Elvin Paşayev xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluğun iki epizodu üzrə təqsirləndirilir. Lakin o, irəli sürülən ittihamlarla razılaşmır və özünü günahkar hesab etmir.
Sözügedən cinayət işinin istintaqına 2024-cü ilin oktyabrında Moskvanın şimal-qərb hissəsindəki parkların birində insan sümüklərinin aşkar edilməsi ilə başlanılıb. İstintaq gedişatında məlum olub ki, dələduzlar ölmüş şəxsin evini sataraq əldə etdikləri məbləği bank hesabına yerləşdiriblər. Həmin vəsaiti isə bir taksi sürücüsü və onun qadın tanışı nağdlaşdırmağa çalışıblar. Beynəlxalq hüquq firması "Elman Group MMC"nin baş direktorunun oğlu Elvin Paşayevə qarşı dələduzluq işi günahını boynuna alan taksi sürücüsü və sevgilisinin həbsindən sonra açılıb.
Cinayət işi çərçivəsində meyitin ekshumasiyası təmin edilib və bir sıra müvafiq ekspertizalar aparılıb. İş üzrə təqsirləndirilənlərin əksəriyyəti hazırda istintaq təcridxanasındadır, yalnız bir iştirakçıya qarşı ev dustaqlığı qətimkan tədbiri tətbiq olunub.
Xatırladaq ki, bir müddət öncə Elman Paşayev özü də xüsusilə külli miqdarda fırıldaqçılıq maddəsi ilə məhkum olunub. İstintaq materiallarına əsasən, o, Aleksey Blinovski və onun həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edəcəyi vədi ilə onlardan 46 milyon rubldan (təqribən 930 min manat) artıq vəsait almaqda günahlandırılırdı.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












