Delimitasiya prosesində 8 kənd Azərbaycana qaytarılmalıdır - Nazir

“Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir”.
Avtosfer.az xəbər verir ki, bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
O, delimitasiya ilə bağlı danışıqların Ermənistanla müzakirələrdə mühüm istiqamət olduğunu deyib: “30 ildir, bu ölkələr arasında sərhədlər müəyyənləşməyib, çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü, öz sərhədlərinə nəzarəti bərpa edib”.
Nazir bütün hüquqi sənədlərin mütəxəssislər tərəfindən araşdırılaraq delimitasiya prosesinin davam etməli olduğunu deyib.
O, Ermənistana delimitasiya olunmamış sərhədlərdə təxribatlardan çəkinməyə çağırış olunduğunu deyib. Nazir bu ilin sentyabrında sərhəddə baş verən təxribatları xatırladıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












