Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq

Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq.
Avtosfer.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev Azərbaycan Dəmiryolu Muzeyində Azərbaycan Turizm Bürosu ilə “Azərbaycan Dəmir Yolları” arasında tərəfdaşlıq memorandumlarının imzalanması ilə bağlı keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, ADY və tərəfdaş qurumlar arasında imzalanmış saziş çərçivəsində turizm sahəsində birgə fəaliyyət planı həyata keçiriləcək: "Birgə fəaliyyət planına əsasən, dəmiryolu stansiyalarında turizm məlumat məntəqələrinin və lövhələrinin quraşdırılması, turizm resursları barədə məlumatlılığın artırılması və bu məlumatların daha əlçatan edilməsi planlaşdırılır. Regionlarda turist axınının rahatlığını təmin etmək məqsədilə qrup biletlərinin əlçatan edilməsi də nəzərdə tutulur".
Sədr müavini əlavə edib ki, saziş çərçivəsində müəyyənləşdirilmiş istiqamətlərin keyfiyyətli icrası üçün hər iki qurum koordinasiyalı fəaliyyət göstərəcək: "Əməkdaşlıq regionlarda turizmin əlçatanlığını artıracaq, turizm sektorunun müxtəlif sahələrinin bir-biri ilə daha sıx əlaqələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək".
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?












