DİN-in cərimə balı sisteminə nə olub? – Açıqlama

Daxili İşlər Nazirliyi sürücü cərimələri yoxlayan sistemin deaktiv olması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən apa-ya bildirilib ki, DİN-in saytında sürücü cərimələri yoxlayan sistemin deaktiv olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Əslində Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qabaqcadan təsdiq edilmiş plana uyğun olaraq Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin texniki təminatı daha müasir və qabaqcıl texnologiyalar əsasında hazırlanmış yeni proqram təminatına keçirilib. Həmin keçid zamanı bəzi texniki nasazlıqlar yaranıb ki, artıq onlar tam şəkildə aradan qaldırılıb. Hazırda mərkəzi informasiya sistemi həmişə olduğu kimi normal fəaliyyət göstərir”.
Qeyd edək ki, dünən Daxili İşlər Nazirliyinin saytında sürücü cərimələrini yoxlayan sistemin "çökməsi" barədə məlumat vermişdik. Bildirmişdik ki, nə DİN-in saytından, nə Mərkəzi Bankın saytından, nə də "ASAN Xidmət"dən cəriməni yoxlamaq olmurdu. Səbəb isə göstərilirdi ki, DİN-din sistemində problem var. Bunu təsdiq edən fotoları bir daha təqdim edirik:
Fərid
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
















