DİN vətəndaşlara SMS göndərərək xəbərdarlıq edib

"Vətəndaşlara müxtəlif cinayət işlərinin iştirakçısı olmaqları haqqında göndərilən və ödəniş tələb olunan SMS-lərin, elektron poçt məlumatlarının və veb səhifələrdə çıxan bildirişlərin dələduzluq əməli olduğunu bildiririk".
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyindən vətəndaşlara göndərilən xəbərdarlıq mesajında bildirilib.
Vətəndaşlara bu cür hallarla rastlaşdıqda, linklərə daxil olmamaq, saxta veb-səhifələrdə ödəniş etməmək tövsiyə edilib.
Elektron Təhlükəsizlik Xidmətindən də Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən mütəmadi olaraq sosial media hesabları və media vasitəsilə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edilir: “Belə ki, kiberdələduzlar tərəfindən böyük şirkətlərin və qurumların adından asan qazanc əldə etməyi vəd edən iş təklifi, saxta investisiya layihələri, saxta lotereyalar və kampaniyalar barədə mesajlar göndərilir. Bununla bağlı ETX vətəndaşlara diqqətli olmağı, şübhəli linklərə daxil olaraq öz fərdi və bank kartı məlumatlarını təqdim etməməyi tövsiyə edir”.
“Həmçinin, hər hansı qurum adından bu cür mesajlar aldıqda həmin məlumatın dəqiqliyini mesajda adıçəkilən qurumla dəqiqləşdirmək tövsiyə olunur”, - deyə bildirilib.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












