Dolların bahalaşacağı ilə bağlı yenidən xəbərlər yayıldı – Ekspertlər nə düşünür? + VİDEO

Son vaxtlar sosial mediada tez-tez paylaşımlar edilir ki, dollar manat qarşısında bahalaşa bilər.
Son 2 ildə dünya üzrə ən böyük həftəlik qazancını qoruyan dollar həqiqətən də manat qarşısında bahalaşa bilərmi?
İqtisadçı Xalid Kərimli deyir ki, əgər gedişatda müəyyən dəyişikliklər baş verərsə, dolların qiyməti manat qarşısında arta bilər. Bunun nə vaxt baş verə biləcəyini isə proqnozlaşdırmaq olmur. Çünki, hazırkı gözləntilər dolların kursunun bu il də stabil qalmasına əsas verir.
İqtisadçı qeyd edib ki, dolların ölkədəki hazırkı kursu ən uyğun hesab olunandır. Bu kursu qorumaq üçün isə hökumət mütəmadi addımlar atmaqdadır:
“Hazırda manat - dollar nisbəti manatın xeyrinə ən yaxşı vəziyyətdədir. Bundan sonra dəyişərsə ancaq ucuzlaşma istiqamətində dəyişə bilər. Yəni, 1.70 manatın ən yaxşi kursudur. Çünki, ötən illərdə də enerji qiymətləri yüksək olsa da, hökümət manatı bahalaşdırmamaq üçün, artıq olan dollarları bazardan yığdı və rezervlərini artırdı. Bu o deməkdir ki, hökumət manatı bundan artıq baha görmək istəmir”, - deyə iqtisadçı bildirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












