Dörd minik avtomobili oğurlayıb satan Göyçay sakini saxlanılıb

Şamaxı, Abşeron və Kürdəmir rayonlarında 4 minik avtomobilini oğurlayaraq ayrı-ayrı adamlara satan Göyçay sakini yaxalanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Şamaxı rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, Şamaxı sakini Fərzəliyev Emin Niyazi oğluna məxsus 10-NR-755 dövlət nömrə nişanlı “Mercedes” və Pənahov Əlibrahim Ağaduran oğluna məxsus 10-GX-238 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobilləri oğurlayan şəxs, Göyçayın Qarabaqqal kənd sakini, 1988-ci il təvəllüdlü Ömərov Xəyal Comərd oğlu tutularaq istintaqa təhvil verilib. O, ilkin dindirilmə zamanı əməllərini etiraf edib.
Məlum olub ki, Xəyal Ömərov Bakıda taksi kimi fəaliyyət göstərən avtomobilə oturaraq Göyçaya gedəcəyini bildirib. O, Şamaxıda çay içmək üçün sürücüdən dayanmağı xahiş edib və sonra sürücünü aldadaraq avtomobili qaçırıb. İstintaq tədbirləri zamanı məlum olub ki, Xəyal Ömərov Abşeron rayonunda “Mercedes” və Kürdəmir rayonu ərazisində “ VAZ 2107” markalı minik avtomobillərini də eyni üsulla qaçıraraq ayrı-ayrı adamlara satıb. O, avtomobillərin guya banka məxsus olduğunu və kredit borcunu verə bilmədiyi üçün ucuz qiymətə satdığını, razılaşdığı pulun yarısını alaraq yaxın günlərdə avtomobili müştərinin adına sənədləşdirəcəyini deyib. Hazırda polis əməkdaşları onun başqa oğurluq hadisələrində əlinin olub-olmadığını araşdırır.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












