Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni direktoru kimdir?

Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Vüsal Ağaməmməd oğlu Kərimlini yeni yaradılan Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə baş direktor təyin edib. Avtosfer.az mili.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev 2015-ci il dekabrın 21-də Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılır və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq yeni qurumun tabeliyinə verilir. Fərmanla, həmçinin, faktiki olaraq, Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bəzi səlahiyyətləri də Bakı Nəqliyyat Agentliyinə verilir.
Bakı Nəqliyyat Agentliyinə baş direktor təyin edilən Vüsal Kərimli bundan əvvəl "BakuBus" MMC-nin direktor müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, "BakuBus" MMC 2014-cü ilin aprelində Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus şirkət kimi yaradılıb.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












