Dövlət qurumu dağıtdığı yolu düzəltməyi "unutdu" - Sürücülər əziyyət çəkir - FOTO

Yolların qazılmasından sonra bərpa işlərinin operativ şəkildə görülmədiyi və ya “unudulduğu” tez-tez müşahidə edilir. Bu da sürücülər üçün çətinlik yaradır. Qazıntı aparılarkən ayrılan xərclərdə bərpa işləri də nəzərdə tutulur. Lakin yollar bərpa olunmur .
Avtosfer.az xəbər verir ki, analoji hal Nizami rayonunun Tofiq Abbasov küçəsində də baş verib.
Belə ki, qazıntı işlərindən sonra asfalt yol bərpa edilməyib. Bu da nəqliyyat vasitələrinin rahat hərəkətinə mane olur. Qazıntını “Azərsu” ASC-nin apardığı və yolun bir həftədən çoxdur bu vəziyyətdə qaldığı deyilir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə görə, avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirilib ki, qurum hər hansı bir ərazidə qazıntı işi aparıb, qəzanı aradan qaldırırsa və ya su xətti çəkirsə yolun asfaltlanması işlərini yol idarələri həyata keçirir: ““Azərsu” ASC ilə yol idarələri arasında müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən yol idarələri yolda asfalt örtüyünü bərpa edirlər. Sözügedən ərazidə də yol qazılıb, su xətində bərpa işləri aparılıb, əks dolğu vurulub. Asfalt isə yol idarələri tərəfindən bərpa edilməlidir”.
Məhəbbət Tərlanoğlu
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













