DSX generalının qız qaçıran bacısı oğlu həbs edildi

Dövlət Sərhəd Xidmətinin generalı Aqil Babayevin bacısı oğlu Aydınov Ümid Aydın oğlu qız qaçırdığı üçün həbs olunub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, əslən Şəki rayonundan olan Ümid Aydınov dostu ilə birgə Qax rayonunda evlənmək məqsədi ilə S. Abdullayevanı qaçırıb. Ancaq qız evi şikayət etdiyindən Aydınov Ümid Aydın oğlu və Həmidov Elvin Nemət oğlu barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 149.1-ci (Zorlama - yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham olunub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs azadlıqdan məhrum edilib. Məhkəmə Ümid Aydınova 7 il həbs cəzası verib.
Qeyd edək ki, general-mayor Aqil İnşallah oğlu Babayev Dövlət Sərhəd Xidmətinin Xudat sərhəd dəstəsinin rəisi olub.
unikal
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












