DSX müsadirə olunmuş narkotikləri bahalı maşınlarla yandırmağa apardı - FOTO - VİDEO

Gündəm 12 İyun 2026 16:48
DSX müsadirə olunmuş narkotikləri bahalı maşınlarla yandırmağa apardı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə olun

İyun ayının 11-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunan müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilib.

Bu barədə Avtosfer.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Tədbir zamanı Dövlət Sərhəd Xidməti tərəfindən 24 məhkəmə hökmü üzrə qanunsuz dövriyyədən çıxarılan 326 kiloqram 406,518 qram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, 15038 ədəd müxtəlif tərkibli həb məhv edilmə prosesi üçün komissiya üzvlərinə təqdim edilib. 

Oxunub : 88
ŞƏRH YAZ
Ad

E-mail

Şərh