Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) növbəti fişinq kampaniyası aşkarlayıb.
Avtosfer.az bu barədə MKA-ya istinadən xəbər verir.
Belə ki, aparılan monitorinqlər nəticəsində müəyyən edilib ki, kiberdələduzlar bir sıra yerli qurumların əvvəlcədən ələ keçirilmiş rəsmi e-poçt hesablarından istifadə edərək fişinq məktubları yayırlar. Belə ki, dələduzlar tanış və etibarlı görünən ünvanlardan “Shared a File” və ya “New secure message from” başlıqlı məktublar göndərərək istifadəçiləri saxta sənəd portallarına yönləndirirlər.
Məktublardakı keçidlər legitim freshdesk.com platformasında yerləşdiyi üçün təhlükəsizlik alətlərindən yayınır. Keçidə daxil olan istifadəçi avtomatik olaraq iphro.nobeienergy[.]com ünvanında yerləşən saxta “Microsoft” giriş səhifəsinə yönləndirilir. Bu səhifə real “Microsoft” giriş səhifəsinə oxşayır və istifadəçinin daxil etdiyi istifadəçi adı, şifr və təsdiq kodunu (MFA/2FA) real vaxt rejimində ələ keçirir. Nəticədə kiberdələduzlar yaradılmış çərəzi (“cookie”) oğurlayır və ikifaktorlu doğrulamadan yan keçərək hesaba birbaşa giriş əldə edirlər.
İstifadəçilərə tövsiyə olunur ki, gözlənilməyən “paylaşılmış sənəd” və ya “təhlükəsiz mesaj” məzmunlu e-poçtlardakı keçidlərə daxil olmasınlar, belə məktubların doğruluğunu göndərən şəxslə alternativ kanal vasitəsilə dəqiqləşdirsinlər, giriş zamanı ünvan sətrində yalnız rəsmi login.microsoftonline.com ünvanının olduğuna əmin olsunlar və şifr ilə təsdiq kodlarını şübhəli səhifələrə daxil etməsinlər.
Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Milli Kibertəhlükəsizlik Agentliyinin elektron poçt ünvanı [email protected] və ya “1654” qaynar xətti vasitəsilə məlumat verilməsi xahiş olunur.




Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA












