Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR

Azərbaycan ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında "Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ" üzrə kredit müqaviləsi, eləcə də "Bakı Metropoliteni" QSC ilə AİİB arasında eyni layihə üzrə layihə sazişi imzalanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, 180 milyon ABŞ dolları həcmində kredit müqaviləsini Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev, layihə sazişini isə "Bakı Metropoliteni" QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov imzalayıb. Maliyyə naziri imzalanma mərasimində kredit vəsaitlərinin cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə qurumlarının tələblərinə müvafiq olaraq əhatəli hazırlıq işlərinin aparıldığını bildirb.
Nazir vurğulayıb ki, bu, son illər ərzində ölkənin nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində gerçəkləşdirilən ən əhəmiyyətli maliyyə layihəsidir, eyni zamanda Azərbaycan tarixində ictimai nəqliyyat sahəsinə cəlb olunan ən böyük həcmli beynəlxalq kreditdir.
Öz növbəsində, AİİB-nin nəqliyyat üzrə baş investisiya mütəxəssisi Mohamed Sameh hərtərəfli ekoloji və sosial qiymətləndirmə işlərinin həyata keçirildiyini, texniki-iqtisadi əsaslandırmanın hazırlandığını və nəticə olaraq layihənin AİİB-nin İdarə Heyəti tərəfindən təsdiqləndiyini qeyd edib.
Bundan əlavə, M.Sameh layihənin beynəlxalq standartlara, şəffaflıq və dayanıqlıq prinsiplərinə tam şəkildə uyğun olduğunu vurğulayıb.
Qeyd olunub ki, 4 illik güzəşt dövrü nəzərdə tutulmaqla, cəmi 20 il müddətinə bağlanmış sazişlər Bakı metropoliteninin müasirləşdirilməsi və genişləndirilməsi üzrə uzunmüddətli proqramın birinci mərhələsinin icrasını təmin edəcək. Layihə daxilində "Dərnəgül" və "Xocəsən" elektrik depolarının tikintisinin davam etdirilməsi, həmçinin "Yaşıl xətt" üzərində yerləşən 10 stansiyanın yenidənqurulması planlaşdırılır.
Layihənin həyata keçirilməsi şəhər sakinlərinin təhlükəsiz, rahat və əlçatan ictimai nəqliyyatla təmin olunmasına xidmət edəcək. Eyni zamanda, sərnişinlərin şəxsi avtomobillərdən metro nəqliyyatına keçidini təşviq etməklə karbon emissiyalarının azaldılmasına və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki beynəlxalq öhdəliklərinə əhəmiyyətli töhfə verəcək.
Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO










