Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO

Son bir neçə gündə intensiv yağış Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində bəzi əraziləri su altında qoyub. Bundan ən çox da avtomobil sahibləri zərər görüblər. Çünki sel nəticəsində müxtəlif markalı çox sayda avtomobil suyun altında qalıb.
Azərbaycana da əsasən avtomobillər Koreya, ABŞ və Dubay barazından idxal edilir.
Ən tez, yəni 15 günə Dubaydan Azərbaycana avtomobil gətirmək mümkün olduğu üçün bu işlə məşğul olan sahibkarlar da məhz Birləşmiş Ərəb Əmirliyindən maşın gətirməyə üstünlük verirlər. Bu hal onu deməyə əsas verir ki, həmin nasaz avtomobillər Azərbaycana da gətirilə bilər.
Avtomobil ustası Sahil Ağabəyli deyir ki, adətən, suda qalan avtomobili işbazlar oradan dəyərindən dəfələrlə ucuz alıb, Azərbaycan bazarındakından bir az fərqli qiymətə satırlar.
Suda qalan avtomobildə, xüsusən də alt hissəsində əvvəlcə paslanma, daha sonra da çürümələr olur. Usta deyir ki, avtomobil satışı ilə məşğul olanlar belə nəqliyyat vasitələrinin alt hissəsini təmizlədib, boya vurdururlar. Bunu alan şəxslərin özləri də baxdıqda müəyyən edə bilərlər.
Usta onu da əlavə edib ki, suda qalmış daxiliyanma müəhərrikli avtomobillərdən fərqli olaraq, elektromobillərdə təmir xərci daha çox olur. Onun hətta təmirdən sonra istifadə edilməsi də risklidir.
Daha ətraflı videomaterialda.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












