Dünya Bankı ilə COP29-un Azərbaycanda təşkili barədə müzakirələr aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmaysterlə görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Dünya Bankı ilə çoxistiqamətli əlaqələrin və səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayan iqtisadiyyat naziri investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, sahibkarlığın dəstəklənməsi və digər sahələr üzrə uğurlu tərəfdaşlığı qeyd edib.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster təmsil etdiyi beynəlxalq qurumun Azərbaycanla əməkdaşlığa önəm verdiyini, ölkəmizin inkişaf prioritetlərinə nail olunmasında Dünya Bankının dəstəyini davam etdirəcəyini vurğulayıb.
Görüşdə Dünya Bankı Qrupu tərəfindən hazırlanacaq qısa və uzunmüddətli perspektivdə Azərbaycanın inkişaf prioritetləri və planlarını əks etdirən yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi sənədində əks olunacaq əsas strateji istiqamətlər təqdim edilib. Sənəd Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi ilə uyğunlaşdırılmaqla regional və qlobal çağırışlara töhfə verəcək, eləcə də özəl sektorun inkişafını gücləndirmək və özəl kapitalı səfərbər etmək imkanlarını müəyyən edəcəkdir.
Görüşdə Azərbaycanın inkişaf prioritetləri, Ölkə Tərəfdaşlıq Çərçivəsi sənədində əks olunacaq məsələlər və COP29-un ölkəmizdə təşkili barədə müzakirələr aparılıb.
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO










