Dünyada beynəlxalq hüquq yoxdur, güc, əməkdaşlıq var - Prezident

Dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını, təhlükəsizliyini gücləndirməlidir. Avtosfer.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Türk Dövlətləri Təşkilatının Qəbələdəki Zirvə Görüşündə Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifini xatırladan dövlətimizin başçısı deyib:
“Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var”.
Prezident İlham Əliyev qeyd edib ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var.
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?












