Yol polisi sərt döngədə qəzaya düşən sürücünün görüntülərini yaydı - VİDEO

Bayram günləri insanlara sevinc, xoşbəxtlik və unudulmaz anlar bəxş etməlidir. Lakin təəssüf ki, bəzi sürücülər bayram günlərində şəhərdaxili yollarda nəqliyyatın nisbətən az olmasını fürsət bilib sürət həddini aşır, təhlükəli manevrlər edir və digər kobud qayda pozuntularına yol verirlər. Bu cür məsuliyyətsiz davranışlar ağır yol qəzalarına səbəb olaraq bayram sevincini faciəyə çevirə bilər.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək yol hərəkəti təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, ehtiyatsızlıq və tələskənlikdən çəkinməyə çağırır.
Unutmayın ki, bayram süfrəsində yaxınlarınızla bir yerdə olmaq üçün ən vacib şərt yollarda təhlükəsiz hərəkət etməkdir.
Bayramı sevinc içində keçirmək üçün qaydalara əməl edin, özünüzü və başqalarını qoruyun!
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA












