Bu hava limanına HÜCUM - ÖLƏN VAR

Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd Beynəlxalq Hava Limanına oktyabrın 21-də axşam saatlarında hücum edilib. Hadisə nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, həlak olan şəxs Səudiyyə Ərəbistanında daimi yaşayan xarici vətəndaşdır. Yaralıların vəziyyəti və şəxsiyyətləri barədə ətraflı məlumat verilməyib. Hücum nəticəsində hava limanının infrastrukturuna da maddi ziyan dəyib.
“Associated Press” agentliyinin məlumatına görə, hava hərəkətini izləyən Flightradar24 xidməti sosial şəbəkədə təyyarələrin marşrutlarını dəyişdirdiyini və hava limanı ərazisindən yayındığını bildirib.
Səudiyyə Ərəbistanının hakimiyyət orqanları hücuma görə məsuliyyət daşıyan tərəfi müəyyənləşdirməyib. Hadisə zamanı hansı silahdan istifadə olunduğu da hələlik açıqlanmayıb.
Qeyd edək ki, Kral Fəhd Beynəlxalq Hava Limanı əvvəllər də Yəməndəki husi üsyançılarının Səudiyyə Ərəbistanının mülki hava limanlarına qarşı həyata keçirdiyi hücumlar fonunda zərbələrin hədəfi olub.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












