Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ

Son günlər Yaxın şərqdə artan gərginlik fonunda region ölkələrinin bir çoxunda artıq müəyyən mənada xaos meydana gəlib. Region ölkələrinin əksəriyyətində əhali artıq böyük müharibə üçün hazırlıq görür. Hətta ötən günlərdə Səudiyyə Ərəbistanından yayılan görüntülərdə marketlərə basqın edən insanların görüntüləri yayılmışdı.
Avtosfer.az xəbər verir ki, Regiondakı vəziyyətlə bağlı öz sosial şəbəkə hesabında məlumat verən politoloq Elxan Şahinoğlu deyib ki, husilər Səudiyyə Ərəbistanında mülki infrastrukturu hədəf alan hava hücumlarını əhəmiyyətli dərəcədə artırıblar. 10-11 oktyabr tarixləri arasında Ər-Riyadın beynəlxalq hava limanına ardıcıl iki hücum baş verib, 12 nəfər ölüb, 300 nəfər yaralanıb.

“Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla avqust ayında imzaladığı Məkkə Sazişindən gözləntisi artıb. Səudiyyə Ərəbistanının hava müdafiə sistemlərinə ehtiyacı var. Ər-Riyadın bir başqa gözləntisi ABŞ-nin Səudiyyə Ərəbistanına və Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə hərbi yardımı genişləndirməsidir. Bu istiqamətdə də irəliləyiş yoxdur. Vaşinqton Səudiyyə Ərəbistanına hərbi dəstək əvəzinə Məkkə Sazişinin işə düşməsində maraqlıdır.
Ankara ehtiyatlı mövqedədir. Türkiyənin modern pilotsuz təyyarələri, elektron müharibə təcrübəsi var, ancaq bu ölkənin təhlükəsizlik prioritetləri Suriya və İraqdan Şərqi Aralıq dənizinə qədər uzanıb. Pakistan Səudiyyə Ərəbistanına hərbçilərini və qırıcı təyyarələrini göndərsə də, husilərə qarşı savaşda iştirak etmək istəmir. Pakistan rəsmiləri Qərb mediasının Yəmənin hökumət tərəfindən idarə olunan ərazilərində qoşunlarının olması barədə xəbərlərini inkar ediblər. Pakistanın daxilindəki problemlər, İran və Hindistanla sərhəddə davamlı gərginlik İslamabadın Səudiyyə Ərəbistanına davamlı hərbi dəstək ehtimalının yüksək olmadığını göstərir.
Səudiyyə Ərəbistanı qlobal enerji bazarlarında əvəzolunmaz oyunçu olaraq qalır. İranın Hörmüz boğazını nəzarətdə saxlamaq istəyi və neftin bu bölgədən nəqli imkanlarının azalması neftin Səudiyyə Ərəbistanı ərazisindəki neft kəməri üzərindən Qırmızı dənizə çıxışı vacib alternativə çevrilib. Bu boru kəmərinin ötürmə qabiliyyəti oktyabrın əvvəlində gündə təxminən 5,8 milyon barelə çatıb. Müqayisə üçün Hörmüz boğazı üzərindən gündə daşınan neftin həcmi bundan azdır. Ancaq husilər Səudiyyə Ərəbistanından keçən boru xəttini də hədəf alıblar. Sentyabrın sonlarında dronların hücumları boru kəmərinin müvəqqəti bağlanmasına səbəb olub. Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə də hücumlarını davam etdirirlər.
Vaşinqtonun husilərlə mübarizədə Ər-Riyada hərbi dəstək verməməsi ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının “İbrahim Sazişi”nə qoşulması ehtimalını azaldıb. Digər tərəfdən iyul ayında imzalanmış və avqust ayında Konqresin nəzərdən keçirilməsi üçün təqdim edilmiş ABŞ-Səudiyyə Ərəbistanı mülki nüvə əməkdaşlığı müqaviləsinin reallaşması sual altındadır. Husilərin Səudiyyə Ərəbistanına hücumları bu ölkədə gələcək nüvə mərkəzlərinin təhlükəsizliyi üçün təhdiddir”.
Səfər
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












