“Əgər bilsəydim ki...” - Çənəsi sındırılan qazi DANIŞDI

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalaraq çənəsinin sındırılması ilə nəticələnən hadisənin detallarını açıqlayıb.
Bu barədə o, yaxın ətrafına bildirib.
Namiq Babayev qeyd edib ki, Rəvan Nəbizadə ona qəflətən yumruq atıb:
“Əgər mən bilsəydim ki, o, məni vuracaq o zaman tədbir görərdim. Rəvan Nəbizadə Vətən müharibəsinin qazisi olduğunu bildirərək ona əlillik dərəcəsi verilməsini tələb edirdi. Lakin bunu çox qeyri-etik formada həyata keçirməyə çalışırdı.
Qəbul otağında böyük səs-küy yaratmışdı. Həmçinin nümayişkəranə şəkildə vətəndaşlar üçün nəzərdə tutulmuş yerdə deyil, gəlib agentliyin xanım əməkdaşının yerində əyləşdi.
Mən ona yaxınlaşdım və çox sakit şəkildə izah etməyə başladım ki, narahat olmasın, bizim üçün müharibə iştirakçılarının, qazilərin müraciətləri prioritetdir. Əgər onun müraciəti əsaslı olarsa, 100 faiz kömək edəcəyimi bildirdim. Amma o, gözləmədiyim halda mənə yaxınlaşdı və yumruq vurdu. Mən əvvəlcə elə bildim sadəcə dişim qırılıb. Sonradan məlum oldu ki, çənəm qırılıbmış. Hətta bununla kifayətlənməyib ikinci dəfə daha güclü bir zərbə vurdu.
Mən ona qarşı heç bir kobudluq etmədim. Çox mədəni şəkildə dinlədim və cavab verdim. Hətta məni vurduqdan sonra da öz təmkinimi qorudum”.
Bildirək ki, hadisə nəticəsində Namiq Babayevin çənə sümüyü 2 yerdən sınıb, dişləri qırılıb və bu günlərdə əməliyyat olunub.
R.Nəbizadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. (yenisabah)
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə












