Əhalinin NƏZƏRİNƏ! - Bunu edənlər 50 MANAT CƏRİMƏLƏNƏCƏKLƏR

Açıq havada və insanların sıx olduğu yerlərdə siqaret çəkmək qanunla qadağandır. Bu qadağanı pozan şəxsləri cərimə də gözləyir.
Bu məsələ ilə bağlı təbliğat işləri aparılsa da hələ qanuna əməl etməyən vətəndaşlara rast gəlnir.
Siqareti çəkərək qaydanı pozan şəxslər hətta onun qalığını yerə atmaqdan da çəkinmirlər. Bu isə qaydaların kobud şəkildə pozulması deməkdir.
İctimai yerlərdə tütün məhsullarından istifadə edərək digər vətəndaşları narahat etmək və siqaret kötüklərini yerə ataraq ətrafı zibilləməyə görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub.
Belə ki, "Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə edilir. Eyni zamanda tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə olunur.
Siqaret çəkilməsi qadağan edilən və cərimə nəzərədə tutulan digər yerlər isə bunlardır:
Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 100 manat
Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 40 manat
Vaqonlarda - 50 manat
Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 40 manat
Müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda - 40-50 manat (BAKU.WS)
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












