Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu

Azərbaycan Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı mühüm məqamlara toxunub. Dövlət başçısı çıxışında Qarabağ və Şərqi Zəngəzurdan bəhs edərkən Azərbaycanın tarixi irsinə diqqət çəkib. Prezident bildirib ki, XX əsrin əvvəllərinə aid Çar Rusiyası xəritələrində indiki Ermənistan ərazisində yerləşən toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir. “Orada Sevan gölü deyil, Göyçə gölü yazılıb”, - dövlət başçısı qeyd edib.
Avtosfer.az "Globalinfo"ya istinadla xəbər verir ki, Azərbaycan Prezidentinin bu açıqlaması Ermənistanda geniş rezonans doğurub. Erməni KİV-ləri dövlət başçısının çıxışını işıqlandıraraq, rəsmi Bakının tarixə istinad etməsindən təşvişə düşüblər və bunu ərazi iddiası kimi təqdim etməyə çalışıblar.
Qeyd edək ki, ermənilər daim özlərinin uydurma tarixinə istinad ediblər. Onlar hər zaman Naxçıvanın, Qarabağın, hətta Gəncə və bir sıra rayonlarımızın guya “ermənilərin tarixi ərazisi” olduğunu deyiblər. Gerçəklik isə bundan ibarətdir ki, hazırkı Ermənistan Respublikası tarixi Azərbaycan ərazilərində qurulub. Lakin rəsmi Bakı beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığı üçün Ermənistan ərazisinə iddia irəli sürmür. Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, əgər Azərbaycanın belə planı olsaydı, 44 günlük müharibədəki zəfər yürüşü şərti sərhədin o tayında – Ermənistan ərazisində də davam edərdi.
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?












