Ən çox sıxlıq müşahidə olunan küçələr – SİYAHI

Avtosfer.az xəbər verir ki, Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 2015-ci ilin mart ayı ərzində paytaxtın küçə və prospektlərində qeydə alınmış nəqliyyat vasitələrinin sayı haqqında statistik məlumatları açıqlayıb. NİİM-dən verilən məlumata görə, 2015-ci ilin mart ayı ərzində nəqliyyat vasitələrinin sayı ən çox Heydər Əliyev prospektində qeydə alınıb, 70 710 avtomobilin şəhər istiqamətində, 67 266 avtomobilin Heydər Əliyev adına Hava Limanı istiqamətində hərəkət etdiyi müşahidə olunub. Nəqliyyatın sıxlığına görə, sonrakı yerləri Neftçilər prospekti və Üzeyir Hacıbəyov küçəsi tutur.
Neftçilər prospektində Port Baku TM istiqamətində 67 825, “AzNeft” istiqamətində 38 191, Üzeyir Hacıbəyov küçəsində qərb istiqamətində isə 61 024 nəqliyyat vasitəsinin hərəkəti qeydə alınıb. Rəşid Behbudov və Yusif Səfərov küçələri də ən çox sıxlıq müşahidə olunan yollar sırasındadır. Ay ərzində Rəşid Behbudov küçəsində 50 492, Yusif Səfərov küçəsində Heydər Əliyev prospekti 54 107, şəhər istiqamətində 44 385 nəqliyyat vasitəsinin hərəkəti qeydə alınıb.
Mart ayı ərzində Şıxəli Qurbanov küçəsində şimal istiqamətində 30 761, cənub istiqamətində 29 049, Alfred Nobel prospekti şərq istiqamətində 37 001, qərb istiqamətində 38 040 nəqliyyat vasitəsinin hərəkəti qeydə alınıb. Zərifə Əliyeva küçəsindən qərb istiqamətində 41 131 avtomobil keçib.
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO








