“Ər-arvad arasında maşına görə etibarnaməyə ehtiyac yoxdur” – Çingiz Qənizadə

Son günlər “Ümumi mülkiyyətdə olan avtomobilin idarəsi zamanı ər və arvadın bir-birinə etibarnamə verməyə ehtiyac varmı?”sualı cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sabiq deputat Çingiz Qənizadə Avtosfer.az saytına açıqlamasında ümumi mülkiyyətində olan avtomobilin istifadə edilməsi üçün ər və arvadın bir-birinə etibarnamə verilməsinə ehtiyac olmadığını qeyd edib: “Təəssüf ki, bu günlərdə mətbuatda yol polisi rəsmisi tərəfindən qeyd olundu ki, belə bir etibarnaməyə ehtiyac var. Amma, bu suala ən düzgün, hüquqa uyğun cavabı olan hüquqşünas Ərşad Hüseynov verib. Mən də onun mövqeyi, fikirləri ilə razıyam. Ümumiyyətlə, etibarnamə məsələsinə gəldikdə isə, dünyanın heç bir yerində buna ehtiyac yoxdur. Ola bilər, 20-30 il bundan əvvəl ehtiyac var idi. Çünki, müəyyən məsələləri araşdırmaq üçün elektron sistem anlayışı o zamanlar yox idi. Amma, indi hər şey elektron sistem vasitəsilə aydınlaşdırılır. Əgər avtomobilin qaçırılması, yoxa çıxması ilə bağlı hər hansı bir şikayət yoxdursa, elektron sistemə daxil edilməyibsə, vətəndaş öz avtomobilini hər hansı bir rəsmi notarial qaydada təsdiq edilmiş etibarnamə verilmədən də şifahi qaydada digər vətəndaşa avtomobili idarə etmək üçün istifadəyə icazə verə bilər. Çox təəssüf ki, uzun müddətdir biz bu məsələni qaldırsaq da, buna fikir verən yoxdur və yenə etibarnamə tələb olunur. Mən hesab edirəm ki, bu etibarnamənin tələb olunması, insanlardan bu etibarnamələrin verilməsi ilə bağlı rüsumlar üçün nəzərdə tutulub”.
Çingiz Qənizadə hazırda Dövlət Yol Polisi əməkdaşlarının etibarnamənin olub-olmaması məsələsinin araşdırılmasının onların sahəsinə aid olmadığını qeyd edib: “Avtomobilin qaçırılması ilə bağlı hər hansı ərizə şikayəti yoxdursa, sürücülük hüququ olan hər bir şəxs avtomobili idarə edə bilər. Sürücülük hüququnun olması da yenə elektron sistemdə görünür. Bu baxımdan belə hesab edirəm ki, avtomobili qısa müddətə kiməsə istifadə etmək məqsədi ilə verilməsi üçün notarial mərkəzə gedib vaxt itirərək hər hansı sənədin alınmasına ehtiyac yoxdur. Gələcəkdə ölkə ərazisində avtomobilin idarə edilməsi ilə bağlı sürücülük hüququ olan şəxslərə digər şəxslərdən avtomobili götürüb idarə etməsi ilə bağlı hər hansı bir rəsmi etibarnamənin əldə edilməsinə ehtiyac görmürəm.
Ümid edirəm, gələcəkdə bu məsələ ilə bağlı tədbirlər görüləcək. Çünki ölkədə müəyyən islahatlar gedir, amma bu məsələ ilə bağlı hələlik təşəbbüslər demək olar ki, yoxdur”.
Nəzrin Sailqızı
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










