Ər arvadını avtobusda öldürdü- Bakıda dəhşətli cinayət - FOTO

Bakıdakı avtobuslardan birində dəhşətli cinayət hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Yusif Hüseyn adlı istifadəçi şəxsi facebook səhifəsində məlumat verib. Onun sözlərinə görə, 135 nömrəli marsrut üzrə hərəkət edən avtobusda ər arvadını bıçaqlayıb. Meyitin “Şamaxinka” adlanan ərazidə avtobusdan düşürüldüyü bildirilir. "Dayanacaqda dayanmışdım. Avtobus dayandı. Hay-haray düşdü. Meyiтi çıxartdılar. Ürəyim dözmədi... Dedilər əri bıçaqladı. kisi qəflətən bıçağı çixarıb arvadının başını kəsib, hətta yanında usağı da varmış. Sonra isə avtobusdan düşərək qaçıb".
Məlumatı 101FM-in xəbər aparıcısı Əzizə İsmayılova geniş yayıb.
***
Xırdalan şəhərindən Bakıya gələn avtobusda ər arvadını bıçaqlayıb. Avtobus "Şamaxinka" adlanan ərazidə dayanıb və hadisəni törədən Məmmədov Namiq Hacı oğlu hadisə yerindən qaçıb. Bıçaqlanan qadın isə Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Xəstəxanadan APA-ya bıçaqlanan qadının öldüyünü təsdiqləyiblər. Məlumata görə, qətlə yetirilən 1968-ci il təvəlllüdlü Şəmiyeva Fatma Məhəmməd qızıdır. Qətlə yetirilən zaman Şəmiyeva Fatmanın yanında təxminən səkkiz yaşlı uşağı da olub. Ata Məmmədov Namiq Hacı oğlu arvadını uşağın gözləri qarşısında bıçaqlayaraq öldürüb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. İlkin ehtimala görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib.
Emin
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA














