Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - FOTO

"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan 28 May 2025-ci ildə Müstəqillik Günü münasibətilə Azərbaycana səfər edəcək".
Avtosfer.az "Moderator.az"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında məlumat yayıb.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur:
“Bundan əlavə, Pakistanın Baş naziri cənab Şahbaz Şərifin iştirakı ilə “Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə Toplantısı”nın 2-ci Toplantısı keçiriləcək. Səfər zamanı prezidentimiz Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək və Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş mədəniyyət tədbirini keçirəcək”.

Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib












