“Ermənistan Azərbaycandan Naxçıvana dəmir yolunun bərpasının əleyhinə çıxır”

Müasir dünyada ticarət yollarına nəzarət iqtisadi səmərəliliklə yanaşı geosiyasi üstünlük də əldə etməyə imkan yaradır. Bu baxımdan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (ŞCBND) Asiya ilə Avropanı əlaqələndirir və Süveyş kanalına alternativ kimi çıxış edir.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu fikir ABŞ-ın “The New-York Times” qəzetində “Moskvadan Mumbaya: Rusiya ticarət üçün cənuba müraciət edir” sərlövhəli məqalədə yer alıb. Materialda nəzərə çatdırılıb ki, ŞCBND Fars körfəzinin sahillərindəki İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və başqa idxala ehtiyacı olan dövlətlərə çıxış əldə etməyə imkan verir. Dəhlizin əsas seqmentini təşkil edən dəmir yolu Azərbaycan və İran ərazisindən keçərək Fars körfəzinin sahillərinə kimi uzanır.
Materialda qeyd olunub ki, 162 kilometrlik Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikilib başa çatdırılması nəticəsində Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemləri birləşəcək.
“Bununla yanaşı, Rusiya ŞCBND vasitəsilə Hindistan, Pakistan, Çin və digər Cənub-Şərqi Asiya ölkələri ilə də ticarət əlaqələrini genişləndirəcək. Mumbay Hindistanın iri limanıdır və Avropaya göndərilən yüklər məhz bu limandan yola salınır. Həmin yüklər İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanına çatdırılır və buradan da qatarla Azərbaycan və Rusiyaya nəql olunur. Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra da yüklər Avropaya və əks istiqamətə məhz bu yolla daşınacaq. ŞCBND fəaliyyətini davam etdirir və 2023-cü ildə bu dəhliz vasitəsilə yükdaşımaların həcmi 38 faiz artıb. Süveyş kanalı vasitəsilə Avropa ilə Asiya arasında yükdaşımalar baha başa gəlir və təhlükəsizliyi təmin olunmur. Qiyamçı husilərin ticarət gəmilərinə silahlı basıqınları buna sübutdur. Ona görə də 2030-cu ilə kimi ŞCBND ilə yükdaşımaların 3 dəfədən çox artacağı gözlənilir”, - deyə məqalədə bildirilib.
Materialda diqqətə çatdırılıb ki, yüklər Asiyadan Avropaya və əks istiqamətə Süveyş kanalı vasitəsilə nəql olunanda 45 gün lazım olur. Lakin ŞCBND ilə yüklər hər iki istiqamətə 25 gün ərzində çatdırılır ki, bu da zaman və nəqliyyat xərcinin azalması deməkdir.
Məqalədə vurğulanıb ki, Azərbaycan nəqliyyat dəhlizlərini inkişaf etdirmək niyyəti ilə SSRİ dövründən qalan dəmir yollarını da bərpa etmək istəyir:
“Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir yolu Ermənistan ərazisindən keçirdi. Lakin 1990-cı illərin əvvəllərində bu iki dövlət arasında baş verən hərbi münaqişə həmin dəmir yolunun bağlanması ilə nəticələndi. Bu dəmir yolu Azərbaycan ilə yanaşı Rusiyaya da İran və Türkiyə ilə nəqliyyat əlaqəsi qurmağa imkanı verir. Azərbaycan dəmir yolunun açılışına can atsa da Ermənistan bunun əleyhinə çıxış edir. Buna görə də Azərbaycan Naxçıvan ilə nəqliyyat əlaqəsini İran üzərindən həyata keçirməyə çalışır”.
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO
Yaşlı kişi avtobusda ona yer verməyən əlil gəncin qucağında oturdu - VİDEO










