Ermənistan və Azərbaycan sülhə doğru irəliləyir - MDB-nin baş katibi

Ermənistan və Azərbaycan sülhün bağlanması istiqamətində irəliləyir, İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanatlar uğur qazansa, MDB şad olacaq.
Avtosfer.az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev Bakıda jurnalistlərə bildirib.
"Ermənistan və Azərbaycan sülhə doğru irəliləyir. Hər iki ölkənin liderləri tam sülhə nail olmaq niyyətində olduqlarını bildirirlər. Biz hamımız Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan hökuməti arasında dekabrda baş tutan danışıqlardan məmnun qaldıq. Hər iki tərəfin münasibətlərdə gərginliyin azaldılması və düşmənçiliyin qarşısının alınması üçün bütün səylərini əsirgəməyəcəyinə dair bəyanatları təqdirəlayiqdir”, - deyə Lebedev vurğulayıb.
O əmin edib ki, MDB ölkələri bu səyləri dəstəkləyir.
Baş katibin sözlərinə görə, MDB və Rusiya liderləri Cənubi Qafqazda sülhün bərqərar olmasında son dərəcə maraqlıdırlar. Lebedev qeyd edib ki, dövlət başçılarının bütün görüşlərində bu mövzuya toxunulur, müzakirə olunur, hansı tədbirlərin görülməsi ilə bağlı fikirlər səsləndirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












