“Exchange”lər ancaq bu ünvanlarda olacaq

Banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində (o cümlədən mübadilə şöbələrində), eləcə də ödəniş terminallarında həyata keçirilir. Avtosfer.az xəbər verir ki, bu barədə "apa"ya Azərbaycan Mərkəzi Bankından bildirilib. "Son zamanlar valyuta mübadilə əməliyyatların həcminin artması ilə əlaqədar kommersiya bankları tərəfindən əməliyyatlarını daha səmərəli və çevik tənzimlənməsi, əməliyyatlara nəzarət prosedurunun gücləndirilməsi məqsədilə, eləcə də xidmət şəbəkələrinin və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində aparılan işlərin davamı olaraq valyuta mübadiləsi əməliyyatlarının mübadilə şöbələrində həyata keçirilməsi məhdudlaşdırılmış, mübadilə şöbələrinin fəaliyyətinə əsasən xitam verilmişdir. Yalnız turizm xidməti göstərən obyektlərdə (xüsusilə mehmanxana və hava limanında) operativ valyuta mübadilə ehtiyaclarının qarşılanması məqsədilə bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir. Məlumat üçün bildiririk ki, hazırda əhalinin, o cümlədən sahibkarların bank xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə banklar kifayət qədər geniş xidmət infrastrukturuna malikdirlər. Bankların 914 filial və şöbəsi fəaliyyət göstərir ki, bunların da 458-i regionlarda yerləşir”, - deyə məlumatda qeyd edilib.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












