Əzablı yollarla: Bakıdan Sumqayıta getmək niyə məşəqqətə çevrilib?

Ötən həftə Sumqayıt avtovağzalından Bakı Beynəlxalq Avtovağzalına sərnişinlərin daşınmasını həyata keçirəcək ekspres marşrutların fəaliyyəti başlayıb. Lakin sosial şəbəkələrdə yayılan görüntülərdə sözügedən avtobusların Bakı-Sumqayıt yolunda tıxacda qalması ilə bağlı kadrlar geniş müzakirələrə səbəb olub. Sumqayıtdan Bakıya və əks istiqamətdə sərnişinlərin gediş-gəlişini rahatlaşdırmaq məqsədi ilə fəaliyyətə başlayan ekspres avtobuslar görünür ki, gözlənilən effekti verməyəcək.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli yeni fəaliyyət göstərən ekspres avtobusların gecikmə və tıxac problemini həll etməyəcəyini qeyd edib.
“Bu məsələ illərdir ölkənin belə desək, ən aktual problemlərindən biri olaraq qalır. Bakı-Sumqayıt arası nəqliyyatın daha səmərəli təşkili istiqamətində müzakirələr, təkliflər aparılır amma hələ də konkret addımlar yoxdur. Yeni istifadəyə verilən ekspres avtobusların gediş haqqı 80 qəpik nəzərdə tutulub. Sual yaranır ki, burada məqsəd daha çox 1 manatlıq taksi kimi tanınan nəqliyyat vasitələrinin müştərilərini cəlb etməkdir yoxsa sərnişinləri daha sürətli formada Bakıya çatdırmaq? Düzdü, digər yollarda olduğu kimi, Bakı-Sumqayıt yolunda da avtobuslar üçün alternativ yol da yaradıldı, amma magistralın imkanları sərnişindaşımanın təminatına bəs eləmir. İstəyirsiniz adını ekspres xidməti və ya başqa bir şey qoyun demək olar ki, fərq yoxdur. Burada Bakı Nəqliyyat Agentliyi sadəcə öz maliyyə maraqlarına diqqət edir. O yoldan istifadə edən hamı yaxşı bilir ki, Xırdalan dairəsindən “20 Yanvar” metrosuna qədər gəlib çıxmaq günün pik saatlarında mümkünsüz hala çevrilir. İstənilən qədər avtobus marşurtu yaradılsa belə, nəticədə “butulka effekti” adlandırılan daralmada ilişib qalacaq”.
Ekspert məsələnin həllinin sadəcə bu istiqamətdə bir neçə ötürücü yolun inşasında görür.
“Problemin həlli üçün dünyanın böyük şəhərlərinin təcrübəsindən istifadə etmək lazımdır. Biz artıq çoxpilləli yol ötürücülərinin inşasını tətbiq etməliyik. Bunun xaricində məsələsinin həlli yolu qalmır. Bakı Avtovağzalına çatmamış estakadalar üzərindən 2 və yaxud 3 yol ötürücüsünun inşasına başlaya bilərik. Bu ötürücülərin biri Biləcəri üzərindən birbaşa 9-cu mikrorayon istiqamətinə, digəri isə sağ istiqamətdə Yasamal üzərindən şəhərə girişi təmin edə bilər. Təbii ki, bu mütləq hal deyil və bunun üçün kommunikasiya və lazımi infrastruktur təmin olunmalıdır. Bu bəlkə də qismən həmin yolu tıxacdan xilas edə bilər”.
Bəzi yollarda tıxac yarandı - SİYAHI Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA










