FAKTİKİ HAVA: Paytaxta və ölkənin bəzi rayonlarına qar yağır - VİDEO

Yanvarın 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qarabağ və Şərqi Zərgəzurda, Naxçıvan MR-da, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində qar yağır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 2-6 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxtadır.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və qarlı hava şəraiti axşam saatlarından tədricən kəsilsə də, şaxtalı hava şəraiti 25-i gecə və səhər saatlarınadək davam edəcək. Bəzi yolların buz bağlayacağı ehtimalı var.
10:24
Yanvarın 24-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə sulu qar, qar yağır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, qar örtüyünün hündürlüyü Qaxda 45 sm, Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 44 sm, Kişçay (Şəki), Ordubadda 29 sm, Daşkəsəndə 26 sm, Yardımlı, Gədəbəydə 20 sm, Qəbələdə 18 sm, Göygöldə 17 sm, Lerikdə 16 sm, Qrızda 13 sm, Şəki, Şahbuz, Biləsuvarda 12 sm, Xaltan, Quba, Oğuzda 11 sm, Zaqatala, Qusarda 9 sm, Göytəpə, Naxçıvan, Altıağac, Tovuzda 8 sm, Ceyrançöldə 7 sm, Sədərəkdə 6 sm, Göyçay, Mingəçevir, Şərurda 5 sm, İmişli, Tərtər, Şabranda 4 sm, Qobustan, Ağdam, Ağstafada 3 sm, Gəncədə 2 sm, Culfa, Şəmkir, Bakı və Abşeron yarımadasında 1 sm olub.
Düşən yağıntının miqdarı Yardımlıda 26 mm, Lənkəranda 25 mm, Sarıbaşda (Qax) 19 mm, Lerik, Göyçayda 16 mm, Şərur, Cəlilabadda 15 mm, Astarada 14 mm, Zərdab, Lerikdə 12 mm, Biləsuvar, Gədəbəydə 11 mm, Kişçay (Şəki), Qəbələ, Oğuz, Kürdəmir, Şəki, Şahbuz, Daşkəsən, Beyləqan, İmişli, Zaqatala, Mingəçevir, Sabirabad, Ağdam, Neftçala, Tovuz, Göygöl, Naxçıvan, Balakən, Quba, Xaltan, Bərdə, Yevlax, Ordubad, Altıağac, Qusar, Tərtər, Qobustan, Sədərək, Şabran, Gəncə, Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Ağstafa, Naftalan, Culfa, Salyan, Ceyrançöl, Ağsu, Ağcabədi, Şirvanda 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub.
Külək şimal-qərb küləyi arabir Naftalanda 18 m/s, Şirvan, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 15-20 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.
Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 2-5 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 15 dərəcəyədək şaxta olub.
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










