FHN Yevlaxda mülki müdafiə məşqi keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Yevlax rayon Rövşən Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbində nümunəvi mülki müdafiə məşqi keçirilib.
Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, məşqin keçirilməsində məqsəd mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.
Tədbirin nəzəri hissəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.
Praktiki hissədə isə baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub.
Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












